antifenu

Fərqli İntellektlərin Təbii Universallığı!

Mənzil fondunun inkişaf proqramı Mart 1, 2013

Filed under: Sərbəst işlər&Referatlar — antifenu @ 2:28 axşam

Mənzil fondu — Azərbaycan Respublikasının ərazisində yerləşən bütün yaşayış sahələrinin məcmusudur.

Mülkiyyət formasına görə mənzil fondu aşağıdakılara bölünür:

  •   özəl mənzil fondu — fiziki və hüquqi şəxslərin mülkiyyətində olan yaşayış sahələrinin məcmusu;
  •   dövlət mənzil fondu — mülkiyyət hüququ əsasında Azərbaycan Respublikasına məxsus olan yaşayış sahələrinin məcmusu;
  •   bələdiyyə mənzil fondu — bələdiyyələrə mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahələrinin məcmusu.

 İstifadə məqsədlərinə görə dövlət və bələdiyyə mənzil fondu aşağıdakılara bölünür:

  • sosial təyinatlı mənzil fondu — dövlət və bələdiyyə mənzil fondlarından sosial kirayə müqavilələri əsasında vətəndaşlara verilən yaşayış sahələrinin məcmusu;
  •   xüsusi təyinatlı mənzil fondu — bu Məcəllənin X fəslinin qaydalarına uyğun olaraq verilən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların yaşaması üçün nəzərdə tutulmuş dövlət və bələdiyyə mənzil fondlarının yaşayış sahələrinin məcmusu.

 Mənzil fondu qanunvericilikdə müəyyən edilmiş qaydada dövlət uçotuna alınmalıdır.

Mənzil fondunun dövlət uçotu mənzil fondunun uçotunun digər formaları ilə yanaşı, onun texniki uçotunun aparılmasını, o cümlədən mənzil fondunun inventarlaşdırılmasını və texniki pasportlaşdırılmasını (yaşayış sahələrinin müəyyən edilmiş tələblərə uyğunluğunun təmin edilməsi ilə əlaqədar yaşayış sahələri barədə texniki və digər məlumatları özündə əks etdirən sənədlərin — yaşayış sahələrinin texniki pasportlarının tərtib edilməsi (rəsmiləşdirilməsi) də daxil olmaqla) nəzərdə tutmalıdır.

Qanunda məzil fondu ilə məqamlar bunlardır:

1. Azərbaycan Respublikasında dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və mənzil-kommunal xidmətlərinə görə tariflərin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi və Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsi ilə razılaşdırılmış təklifi qəbul edilsin.

2. Dövlət və ictimai mənzil fondu evlərində yerləşən yaşayış sahəsindən istifadə haqqının (mənzil haqqının) və özəlləşdirilmiş mənzillərin mülkiyyətçilərinə evlərin saxlanılması üçün xidmət haqqının məbləği 1 nömrəli əlavəyə müvafiq olaraq təsdiq edilsin.

3. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq:

a) qismən özəlləşdirilmiş çoxmənzilli evlərdə bu evlərə xidmət (evin bütün mənzillərinin özəlləşdirilməsinə qədər) evlərə özəlləşdirmədən əvvəl xidmət etmiş dövlət mənzil-istismar təşkilatları tərəfindən həyata keçirilir.

b) dövlət mənzil-istismar və təmir-tikinti təşkilatları özəlləşdirilmiş mənzillərin (evlərin) mülkiyyətçiləri (mülkiyyətçilərin şirkətləri, digər birlikləri) ilə yalnız müqavilə əsasında bu evlərə (mənzillərə) xidmət göstərə bilərlər.

4. Müəyyən edilsin ki, bina daxilində istilik, isti su, içməli su, kanalizasiya, elektrik enerjisi sistemlərinə texniki xidmət və təmir xərcləri həmin şəbəkə və mühəndis qurğularının istismarından gəlir götürən təşkilatlar tərəfindən mərkəzləşdirilmiş qaydada müvafiq mənzil-istismar təşkilatlarına ödənilir.

5. Mülkiyyət formasından asılı olmayaraq, yaşayış evlərində 2 nömrəli əlavədə qeyd olunan kommunal xidməti tarifləri təsdiq edilsin.

6. 7 və daha hündür mərtəbəli yaşayış binalarının lift təsərrüfatı üçün elektrik enerjisinə görə tarif, əhaliyə verilən elektrik enerjisinə görə olan tariflər səviyyəsində müəyyən edilsin.

7. Yaşayış binalarının (evlərin) daxilində yerləşən qeyri-yaşayış sahələrinin istifadəçiləri və mülkiyyətçiləri tərəfindən mənzil fondunun saxlanılması üçün istismar yığımı tarifləri 3 nömrəli əlavəyə müvafiq olaraq təsdiq edilsin.

8. Azərbaycan SSR Nazirlər Sovetinin 1989-cu il 14 iyun tarixli, 257 nömrəli qərarının 30-cu bəndinin 2-ci abzası və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 2 yanvar tarixli, 3 nömrəli qərarının 6-cı bəndinin 2-ci abzasının əhaliyə göstərilən kommunal xidmətlərə görə tariflərin tənzimlənməsinə aid hissəsi qüvvədən düşmüş hesab edilsin.

9. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Müstəqillik illərində Azərbaycanda mənzil fondu dörd dəfə artıb və 162 milyon kvadrat metrə çatıb. Trend-in məlumatına görə, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov cümə axşamı Bakıda MDB dövlətlərinin tikinti fəaliyyətində əməkdaşlıq üzrə Hökumətlərarası Şurasının 34-cü iclasında çıxışı zamanı bildirib. “Bu gün adambaşına düşən mənzil fondu 18 kvadrat metr təşkil edir”, – Ələsgərov deyib. Onun sözlərinə görə, son 20 ildə tikinti-quraşdırma işlərinin həcmi 19 dəfə artıb. “Tikinti sektorunda çalışan işçilərin orta aylıq əməkhaqqı altı dəfə artıb”, – Komitə sədri bildirib.

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma