antifenu

Fərqli İntellektlərin Təbii Universallığı!

Mənzil bazarının iqtisadi mahiyyəti və xüsusiyyətləri Mart 17, 2013

Filed under: Sərbəst işlər&Referatlar — antifenu @ 2:28 axşam

Mənzil bazarının iqtisadi mahiyyəti və qanunda toxunulan məqamlar üçün aşağıdakılar mühüm əhəmiyyət kəsb edir:

  • Yaşayış sahələrinin itirilməsi (dağılması) və ya zədələnməsi ilə əlaqədar zərərin ödənilməsinə zəmanət vermək məqsədilə yaşayış sahələri qanunvericiliyə uyğun olaraq sığorta oluna bilər.
  • . Satın alınmağa məruz qalan yaşayış sahəsinin mülkiyyətçisi həmin yaşayış sahəsinin satın alınması barədə qərarın dövlət qeydiyyatına alındığı andan yaşayış sahəsinin satın alınması haqqında razılaşma əldə edilənə və ya məhkəmə tərəfindən qərar qəbul edilənədək yaşayış sahəsinə sahiblik etmək, ondan istifadə etmək, öz mülahizəsi ilə barəsində sərəncam vermək, yaşayış sahəsinə onun təyinatına görə istifadəsini təmin edən zəruri xərclər çəkmək hüququna malikdir. Mülkiyyətçi yaşayış sahəsinin satın alınma qiyməti müəyyənləşdirilərkən, satın alınan yaşayış sahəsinin dəyərini əhəmiyyətli dərəcədə artıran göstərilən müddətdə qoyulan sərmayələrlə bağlı xərclər və zərərin ona aid edilməsi riskini daşıyır.
  • Vəsiyyət tapşırığı əsasında yaşayış sahəsində yaşayan mülki hüquqi fəaliyyət qabiliyyətli vətəndaşlar həmin yaşayış sahəsinin istifadəsindən irəli gələn öhdəliklər üzrə həmin yaşayış sahəsinin mülkiyyətçisi ilə birgə məsuliyyət daşıyır, bu şərtlə ki, göstərilən mülkiyyətçi ilə vətəndaşlar arasında başqa razılaşma olmasın.
  • Ömürlük dolandırmaqla himayəçilik haqqında müqavilədə başqa hal müəyyən edilməyibsə, yaşayış sahəsində ömürlük dolandırmaqla himayəçilik müqaviləsi əsasında yaşayan vətəndaş yaşayış sahəsindən bu Məcəllənin 32-ci maddəsində nəzərdə tutulmuş şərtlərlə istifadə edir.
  • Çoxmənzilli binada ümumi mülkiyyətin azaldılmasına yalnız həmin binanın yenidən qurulması yolu ilə binanın bütün sahə mülkiyyətçilərinin razılığı ilə yol verilir.

2012-ci il üçün iqtisadi xüsusiyyətlərə gəldikdə isə Bakıda ikinci mənzil bazarında qiymətlər açıqlanıb. “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinin monitorinqinin nəticələri göstərib ki, mayın sonuna paytaxtda ikinci mənzil bazarında mənzillərin hər kvadrat meti 990 dollar olub. Bir otağın orta qiyməti 44 431 dollar, mənzillərin orta qiyməti isə 111 479 dollar təşkil edib. Satılmış mənzilləri içərisində Xətai, Yasamal, Nərimanov və Nəsimi rayonlarının payı 78,7%-ə bərabər olub.

“Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinin 2012-ci ilin mart ayı ərzində daşınmaz əmlakın təkrar mənzil bazarı seqmentində aparılan araşdırmalar zamanı bağlanan əqdlərin dinamikasında əvvəlki ayla müqayisədə 6,1% artım müşahidə edilib.

“Əmlak Bazarı İştirakçıları” İctimai Birliyindən Milli.Az-a verilən məlumata görə, son üç il ərzində bu artım tempi ən yüksək göstəricidir.

Mart ayında aktivlik əmsalına görə ən cəlbedici rayonlar ötən ayda olduğu kimi Xətai, Nərimanov, Binəqədi və Yasamal rayonları olub. Bu rayonların ən vacib cəhəti şəhərə yaxınlığı və qiymətlərin ipoteka şərtlərinə münasibliyidir.

Ümumilikdə ipoteka prosesində əməliyyatların əsas çəkisi bu 4 rayonun üzərinə düşür.

Mart ayında aparılan araşdırmalara əsasən təklif (1,2%) artıb və nəticədə bazara satış üçün təklif olunan mənzillərin sayı 7600-ə çatıb. Yasamal, Nəsimi, Nərimanov və Xətai rayonlarının təklif portfelindəki payı ötən aylarda olduğu kimi mütləq çoxluq təşkil edib və onların ümumi payı 78,7%-ə bərabər olub.

Mart ayında da otaqlar üzrə vəziyyət ötən aylardakı kimi qalmış, 4 və 5 otaqlı mənzillərin sayında azalma qeydə alınmışdır. Təklif üzrə ən çox azalma 4 otaqlılar üzrə qeydə alınıb. 1, 2 və 3 otaqlı mənzillərin təklif üzrə payında isə artım müşahidə olunub. Ən çox artım 2 otaqlı mənzillərdə qeydə alınmış və artım 2,3% təşkil etmişdir.

Mart ayında qiymət indeksində qiymətə müvafiq olaraq stabillik müşahidə edilib. Orta qiymət ötən ay 976 $/kv.m təşkil etmişdir.

Bazarda mənzillərin 1 kv.m-nin orta qiymətindən (976 ABŞ dolları) aşağı olan mənzillər ümumi portfeldə daha çox paya, yəni 54,2%-ə malikdir. Mənzillərin orta otaq göstəricisi 2,79, hər otağın orta satış qiyməti 44201 ABŞ dolları, mənzilin orta qiyməti isə 111104 ABŞ dolları təşkil edib.

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma