antifenu

Fərqli İntellektlərin Təbii Universallığı!

Səhiyyənin dövlət tənzimlənməsi Aprel 2, 2013

Filed under: Sərbəst işlər&Referatlar — antifenu @ 2:18 axşam

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin bu gün qüvvədə olan Əsas-naməsi 29 dekabr 1998-ci il tarixdə imzalanmış fərmanla təsdiq edilmişdir.

Səhiyyə Nazirliyinin əsas funksiyaları (vəzifələri) aşağıdakılardır:

– Əhaliyə tibbi yardım göstərmək;

– Sağlamlığın qorunması sahəsində dövlət proqramlarını hazırlamaq və həyata keçirmək;

– Mülkiyyət formasından asılı olmayaraq, səhiyyənin bütün növlərinin inkişafı üçün zəruri olan tədbirlər görmək;

– Azərbaycan Respublikası ərazisində dövlət sanitariya-epidemioloji salamat-lığına nəzarəti təmin etmək;

– Analığın və uşaqların mühafizəsi, ailənin planlaşdırılması üzrə tədbirlərin hazırlanıb həyata keçirilməsini təmin etmək;

– Azərbaycan Respublikası əhalisini və müalicə-profilaktika müəssisələrini dərman, bakterioloji, virus preparatları və tibbi təyinatlı digər məlumatlarla təmin etmək;

– Dövlət proqramlarının həyata keçirilməsi məqsədilə tabeliyində olan idarə və müəssisələri, apteklər şəbəkəsini inkişaf etdirmək, icra və maliyyə – təsərrüfat intizamına ciddi riayət olunmasını təmin etmək;

– Təbabət və əczaçılıq sahələrində elmi tədqiqatları inkişaf etdirmək, onların səmərəliliyini yüksəltmək, elm, texnika və qabaqcıl təcrübədə nailiyyətlər əldə etmək;

– Təbabət və tibb texnikası sahələrinin formalaşdırılmasını və inkişafını təmin etmək;

– Tibb təhsili müəssisələrində tibbi və əczaçı kadrların hazırlanmasına rəhbər-lik etmək, həmin kadrların ixtisas üzrə biliklərini və təcrübi biliklərini və təcrübi vərdişlərini təkmilləşdirmək;

– tabeliyində olan idarə və müəssisələri ixtisaslı kadrlarla təmin etmək;

– İqtisadi metodlarla idarəetməni təkmilləşdirmək, səhiyyədə yeni təsərrüfat mexanizmlərini, nazirlik aparatını, yerli səhiyyə orqan və təşkilatının işində mü-tərəqqi idarəetmə formalarını tətbiq etmək;

– Səhiyyə obyektlərinin tikintisinə kapital qoyuluşlarından faydalı istifadə etmək və onların səmərəliliyini yüksəltmək;

– Səhiyyənin inkişaf istiqamətlərini müəyyənləşdirmək, tibbi yardımın təşkili-nin formalarını təkmilləşdirmək, demoqrafik şəraitin, əhalinin sağlamlığı və ölüm vəziyyətinin öyrənilməsi məqsədilə tibbi statistika və məlumat-analitik bankını ya-ratmaq və fəaliyyətini təmin etmək;

– Azərbaycan Respublikası ərazisinə yoluxucu xəstəliklərin gətirilməsi və ya-yılmasının qarşısını almaq;

– Daxil olan məktub, ərizə və şikayətləri vaxtında araşdırmaq və müvafiq təd-birlər görmək.

Səhiyyə Nazirliyi onun funksiyasından irəli gələn aşağıdakı əsas hüquqlara malikdir:

– Azərbaycan Respublikası əhalisinin sağlamlıq vəziyyətini öyrənmək və bu-nunla əlaqədar respublikada səhiyyənin əsas inkişaf istiqamətlərini müəyyənləş-dirmək, xəstəliklərin qarşısını almaq, xəstələnmə, əlillik, və ölüm hallarının azal-ması, insanların uzunömürlülüyünün təmin olunması ilə bağlı tədbirlər həyata keçirmək;

– Azərbaycan Respublikasının kurort ehtiyatlarını öyrənmək, kurortların, sağ-lamlıq zonalarının inkişafı üzrə tədbirlərin hazırlanmasında iştirak etmək, kurort amillərindən hərtərəfli istifadə ilə bağlı daha səmərəli metodlar hazırlamaq;

– Məhkəmə təbabəti, məhkəmə–psixiatriya və məhkəmə-narkoloji eksperti-zalarının qoyuluşuna rəhbərlik etmək və onların fəaliyyətini təşkil etmək;

– Əhalinin sanitariya-epidemioloji salamatlığının təmin edilməsi sahəsində tədbirləri təşkil etmək və aparmaq, tibb sahəsində təşviqat və maarifləndirmə fəa-liyyətini təşkil etmək;

– Azərbaycan Respublikası ərazisinin karantin infeksiyaları gətirilməsindən və yayılmasından, sağlamlıq üçün təhlükəli ərzaq məhsulları və istehlak malları idxa-lından sanitariya mühafizəsini təmin etmək;

– Məhsulların məişətdə, xalq təsərrüfatında istehsalı və istifadəsi nəticəsində insan sağlamlığı üçün potensial təhlükə yarada biləcək faktorların qarşısının alın-ması sahəsində gigiyenik sertifikasiya işini aparmaq;

– Qabaqcıl təcrübənin, tibb elmi və texnikasının nailiyyətlərinin Azərbaycan Respublikasının səhiyyə praktikasına tətbiqini təmin etmək;

– Azərbaycan Respublikası Dövlət Elm və Texnika Komitəsi və Elmlər Aka-demiyası ilə birlikdə tibb və əczaçılıq sahəsində elmi tədqiqatların aparılmasını is-tiqamətləndirmək;

– Səhiyyə müəssisələrinin və Azərbaycan Respublikası əhalisinin tibb təyinatlı məlumatlara, sanitar avtomobilləri və tibb texnikasına tələbatını öyrənmək və onla-rı təmin etmək;

– Nazirlik sistemində nəzarət-təftiş işini, ilkin qeydiyyat və hesabatı təşkil et-mək, tabeliyində olan idarə və müəssisələrin hesabat balanslarını müzakirə və təs-diq etmək, mühasibatlıq işində qeydiyyatının və hesabatın düzgün aparılmasına nə-zarəti həyata keçirmək, eləcə də qənaət, dövlət əmlakının qorunması rejiminə ria-yət və vurulmuş maddi zərərin vax-tında ödənilməsini təmin etmək;

– Dövlət hesabat məlumatlarının toplanması, ümumiləşdirilməsi, dəqiqləşdi-rilməsi və statistika orqanlarına vaxtında çatdırılmasını təşkil etmək;

– Azərbaycan Respublikasının səhiyyə sistemində ixtiraçılığın və səmərələş-diriciliyin inkişafı işinə rəhbərlik etmək, kəşf, ixtira və səmərələşdirici təklifləri təcrübədə tətbiq etmək;

– Ümumdünya Səhiyyə Təşkilatı, YUNİSEF və digər Beynəlxalq Dövlət və qeyri-dövlət təşkilatları ilə səhiyyənin vacib istiqamətlərində əməkdaşlıq etmək;

– Qabaqcıl tibb və əczaçılıq işçilərini, eləcə də səhiyyənin təşkili işində fəal iş-tirak edən şəxsləri fəxri fərmanlar və digər həvəsləndirici vasitələrlə müəyyən-ləşdirilmiş qaydada təltif etmək;

– Qəbul olunmuş qaydada səhiyyə müəssisələrinə aid Respublika Tibbi Kon-frans və Qurultaylarının keçirilməsini təşkil etmək;

– Səhiyyəyə tibb elminə aid dövri mətbuat vasitələrinin nəşrini təşkil etmək;

– Öz səlahiyyətləri çərçivəsində və qüvvədə olan qanunvericilik əsasında nor-mativ hüquqi aktlar qəbul etmək və s.

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma