antifenu

Fərqli İntellektlərin Təbii Universallığı!

AZƏRBAYCANDA SƏHİYYƏNİN MÜASİR VƏZİYYƏTİ Aprel 15, 2013

Filed under: Sərbəst işlər&Referatlar — antifenu @ 2:15 axşam

Azərbaycan səhiyyəsinin 20 il əvvəlki və indiki vəziyyətini müqayisəli şəkildə təhlil etsək görərik ki, o illərdə müharibə şəraitində yaşayan ölkəmiz iqtisadi çətin-liklər içində boğulurdu. Xüsusilə səhiyyədə vəziyyət ürəkaçan deyildi. Lazımi tibbi avadanlıqlar, dərman çatışmırdı. Hazırda o dövrlə müqayisədə səhiyyəyə ayrılan büdcə vəsaiti 15 dəfə artırılmışdır. 400-dən artıq yeni tikilmiş və ya əsaslı tə-mirdən çıxmış tibb müəssisələri müasir avadanlıqlarla təmin olunmuşdur.

Aparılan islahatlar nəticəsində respublikanın rayonları üzrə çarpayı fondu orta hesabla 50-55 faiz, stasionarların sayı 50 faizədək azaldılmışdır. Bakı şəhərində fəaliyyət göstərən 17 mərkəzləşdirilmiş qida məntəqəsi xəstəxanaların ərzaq və dərmanlarla təminatını tam ödəyir.

Səhiyyə sahəsində qəbul edilmiş Dövlət Proqramlarının icrası davam etdirilir və səhiyyənin prioritet sahələri olan şəkərli diabet, irsi qan xəstəlikləri, xroniki böyrək çatışmazlığı, vərəm, yoluxucu xəstəliklərlə mübarizədə əldə olunmuş nai-liyyətləridə xüsusi qeyd etmək lazımdır. Həmçinin hökumətin dəstəyi ilə həyata keçirilən tədbirlər nəticəsində ana və uşaqlara, onkoloji, endokrinoloji, böyrək ça-tışmazlığı və s. xəstələrə göstərilən tibbi xidmətin səviyyəsi xeyli yaxşılaşmış, ölüm hallarının sayı azalmışdır.

Tibbi təhsil və kadr hazırlığından, sertifikasiya test imtahanlarının nəticələ-rindən bəhs edən nazir bildirmişdir ki, bu sahədə son illər ərzində qazanılmış nai-liyyətlər Azərbaycan səhiyyəsinin beynəlxalq aləmdə nüfuzunun xeyli artmasına səbəb olmuşdur. Əgər vaxtilə Qlobal Fond ölkəmizə kömək edirdisə, bu gün bu qurum Azərbaycandan yardım istəyir. İndi Azərbaycan Respublikası Dünya Sə-hiyyə Təşkilatının İcraiyyə Komitəsinin üzvüdür.

Müasir dövrdə ölkədə səhiyyə sektorunun ayrılmaz hissəsi olan özəl tibb və əczaçılıq sektorlarında vəziyyət daim Səhiyyə Nazirliyinin diqqət mərkəzindədir və dinamik inkişaf etməkdədir. Hazırda ölkəmizdə 252 ambulator, 72 stasionar və 266 stomatoloji xidmət edən özəl tibb müəssisələri fəaliyyət göstərir. Əczaçılıq sektorunda dərman vasitələrinin idxalı ilə məşğul olan 82 müəssisə və 554 aptek təşkilatları lisenziyalaşdırılıb.

Özəl tibb müalicə müəssisələrinin fəaliyyətinin təhlili göstərir ki, 2008-ci ilin əvvəlində respublikamızda 713 çarpayısı olan 34 özəl tibb xəstəxanası fəaliyyət göstərmişdir. Qeyd edilən illər ərzində özəl do-ğum evlərinin sayı – 2,5 dəfə, ora-dakı çarpayıların sayı isə – 80,8% çoxalmışdır. Təhlilin əhatə etdiyi dövrdə özəl ambulator-poliklinik müəssisələrin sayı 16,5% artaraq, 113 vahidə çatmış, onların bir növbə-dəki gücü 38,6% çoxalaraq 1793 nəfər təşkil etmişdir. Ölkəmizdə özəl qadın məsləhətxanalarının sayı da ildən-ilə artmaqdadır. 2006-2008-ci illərdə təcili tibbi yardım stansiyalarının sayı 2,5 dəfə; onların yerinə yetirdiyi çağırışların sayı 18,9 dəfə, həmin stansiyaların ambulator və çağırış zamanı yardım göstərdikləri şəxslərin sayı isə – 160,4 dəfə artmışdır.

Əgər 2006-cı ildə özəl təcili tibbi yardım stansiyaları tərəfindən 126 şəxsə  yardım göstərilmişdirsə, 2007-ci ildə 17,9 min nəfər; 2008-ci ildə isə – 20,2 min nəfər olmuşdur.

Cədvəl 1. Azərbaycanda özəl tibb müalicə-profilaktika müəssisələrinin fəaliy-yətini xarakterizə edən göstəricilərin dinamikası.

Göstəricilərin adları

İllər

Artım tempi

(%-lə)

2006 2007 2008

Stasionar xidməti

Xəstəxanaların sayı 25 28 34 136,0
Onlarda çarpayıların sayı  o cümlədən: 443 475 713 161,0
Doğum evlərinin sa-yı 2 2 5 2,5 dəfə
Onlarda çarpayıların sayı 26 36 47 180,8

Ambulator-poliklinik xidməti

Ambulator-poliklinik müəssisələrin sayı 97 109 113 116,5
Onların bir növbədə-ki gücü (gələnlərin sayı) 1265 1412 1793 138,6
Qadın məsləhətxana-larının sayı 11 8 12 109,1

Təcili tibbi yardım

Stansiyaların sayı 2 3 5 2,5 dəfə
Yerinə yetirilmiş ça-ğırışların sayı 126 3276 2391 18,9 dəfə
Ambulator və çağırış zamanı yardım gös-tərilən şəxslərin sayı 126 17924 20210 160,4 dəfə

Stomatoloji xidmət

Müstəqil stomato-loji poliklinikaların sayı 40 46 48 120,0

Tibb işçiləri

Bütün ixtisaslardan olan həkimlərin sayı, nəfər 1160 1412 1572 135,5
onlardan: qadınlar 602 733 820 136,2
Orta tibb işçilərinin sayı, nəfər 683 801 1045 153,0
onlardan: qadınlar 640 746 965 150,8

Təhlil dövründə əhaliyə stomatoloji xidmət göstərən müstəqil (özəl) poliklini-kaların sayı 20% artaraq, 48 vahidə çatmışdır. 2008-ci ilin məlumatına görə ölkə-mizin özəl tibb müəssisələrində 1572 nəfər həkim (onların 52,2%-i qadınlardır) və 1045 nəfər – orta tibb işçisi (onların 92,3%-i qadınlardır) çalışır.

Təhlil göstərir ki, həmin müəssisələrdə terapevtik çarpayıların  sayı 2006-2008-ci illərdə 4,87 dəfə, otolorinqoloji  çarpayıların sayı 2,5 dəfə, hamilə və zahı qadınlar üçün çarpayılar 61,5%; ümumi təyinatlı çarpayıların sayı – 2,4 dəfə; nev-roloji çarpayılar 33,3%; cərrahi çarpayılar isə – 6,5% artmışdır.

Təhlil dövründə özəl tibb müəssisələrində onkoloji xarakterli çarpayıların  sa-yı – 37; vərəm – 8; infeksion – 10; oftalmoloji – 2; dəri-zöhrəvi – 16; psixi – 18; narkoloji – 8 çarpayı təşkil etmişdir. Əgər 2006-cı ildə özəl-müalicə profilaktika müəssisələrində 8 təyinatda çarpayılar  mövcud olmuşdursa, 2007-ci ildə onların  sayı – 10 çarpayı, 2008-ci ildə isə – 16 təyinatlı çarpayıya çatmışdır. 2008-ci ildə ölkə ərazisində mövcud olan 34 özəl tibb xəstəxanalarının 13 və ya  38,2%-i, hə-min xəstəxanalarda yaradılan 713 çarpayının 300 və ya 42,1%-i, ambulator-poliklinik müəssisələrinin 75,2%-i; qadın məsləhətxanaları-nın 58,3%-i; müstəqil stomatoloji poliklinikaların 87,5%-i; təcili tibbi yardım stansiyalarının 40%-i, özəl stasionar xəstəxanalarda, ambulator-poliklinik müəssisələrdə çalışan həkimlərin 81,8%-i və orta tibb işçilərinin 71,3%-i Bakı şəhərinin Nərimanov, Nəsimi, Nizami, Yasamal, Binəqədi və Xətai rayonlarının ərazisində yerləşir. Müstəqil stomatoloji poliklinikaların 68,2%-i də həmin rayonlar üçün xarakterikdir.

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma