antifenu

Fərqli İntellektlərin Təbii Universallığı!

Bank və BOKT-un müqayisəsi Aprel 19, 2013

Filed under: İqtisadiyyat — antifenu @ 1:46 axşam

shamlou20101106080052217Kredit almaq qərarına gəldikdə ağlımıza ilk gələn mənbə məhz banklar olur. Ancaq bu məqamda BOKT-larında tutduğu xüsusi yeri danmaq olmaz. Bunu daha aydın görmək üçün kredit qoyuluşunun kredit təşkilatları üzərindən göstəriciləri müqayisə edək. 2013-cu ilin yanvar ayının 1-ə olan göstəricilərinə görə kredit qoyuluşun kredit təşkilatları üzrə strukturundan Dövlət bankları 32,52%, Özəl banklar 64,95%, Qeyri bank təşkilatları isə 2,52% təşkil edir. Bu göstəricilər Bank və BOKT-ların əhalinin kredit alışı üzrə maraqlarının əks olunmasının daha bir sübutudur.

Bəs krediti Bankdan və ya BOKT-dan alanda hansı fərqlər ortaya çıxır?

Qeyd edək ki, artıq günümüzdə əksər kredit məhsullar üzərindən Bank və BOKT-lar tərəfindən təqdim olunan şərtlər oxşardır. Bununla bərabər kifayət qədər fərqlər də göz önündədir.

Bankların BOKT-lar üstünlüklərinə aşağıdakıları aid etmək olar

  • BOKT-larla müqayisədə Bankların təklif etdiyi əksər kredit məhsulları üzrə illik faizləri aşağıdır (lakin bankların çox məhsulları BOKT-lar kimi zamin yox girov tələb edir);
  • BOKT ancaq kredit verdiyi halda, Bankda depozit yerləşdirə bilər, pul köçürməsi və s. kompleks bank xidmətləri göstərilir;
  • BOKT-lardan fərqli olaraq Bankların filial şəbəkəsi daha genişdir;

BOKT-ların Banklardan üstünlükləri isə aşağıdakılardır:

  • Biznes kreditlər daha aşağı faiz dərəcələrinin təklif olunması;
  • Komisyon haqqlarının aşağı olması, nağdlaşdırmanın olmaması;
  • Kreditlərin çox hissəsinin girovsuz verilməsi; (əsasən zaminlə verilir)
  • Ucqar ərazilərdə kreditləşmənin həyata keçirilməsi;
  • BOKT-lar kiçik olduqları üçün daha çevikdirlər;
  • Müştəriyə sosial yanaşma və s.

Bəzi hallarda isə kredit məhsulundan asılı olaraq hətta şərtlər eyniləşir. Əslində ilk dəfə BOKT-ların yaradılmasının əsas məqsədinə diqqət yerisək, görərik ki, ilk dəfə BOKT-lar yaradılarkən mikro kreditlər bazarında əhalinin kredit tələbatını daha uyğun və rahat şərtlərlə ödənməsini nəzərdə tutmuşdu. Ancaq hazırda BOKT-lar demək olar ki, bu nüansdan uzaqlaşırlar. Çünki artıq kifayət qədər uyğun şərtlərlə əhaliyə mikro kredit təklif edən banklar mövcuddur.

BOKT-ların Bankıları əsas üstələdiyi məqamlardan biri komisyon haqqları ilə bağlıdır. BOKT-ların şərtləri əksər banklarla müqayisədə daha komisyon haqqı baxımından uyğundur. Bunun səbəbi isə nağdlaşma üzrə faizin hesablanmamasıdır. Digər bir məqam isə BOKT-ların faizləri adətən banklarla nisbətdə çox yüksək olsa da, zaminlə iri məbləğləri kredit verə bilməlidir. Faizlərin yüksək olmasının əsas səbəbi isə BOKT-ların daha çox riskə getməsi ilə bağlıdı.

Beləliklə aldığınız kredit məhsulundan asılı olaraq sizə Bank və ya BOKT-un təklif etdiyi şərtlər uyğun gələ bilər. Əsas odur ki, siz hər iki tərəfin şərtlərini tam mənasında araşdırasınız.

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma