antifenu

Fərqli İntellektlərin Təbii Universallığı!

Brokerdə hesab açılması və nüanslar Aprel 30, 2013

Filed under: İqtisadiyyat — antifenu @ 11:36 səhər
Tags: , , , ,

opros12Necə ki, bankda hər hansı ödəmə, köçürmə kimi əməliyyatlar üçün hesabınız olmalıdır, səhm almaq üçün də sizin broker təşkilatında hesabınız olması vacibdir. Təbii ki, hesabın hansı broker şirkətdə açılmasından asılı olaraq hesabın xüsusiyyətləri, limitləri, xidmətləri, xüsusi təklifləri və s. şərtləri dəyişə bilər ki, bu normal haldır. Broker şirkətini seçib hesabınızı broker şirkətdə açmaqla artıq səhm almaq üçün ilk addımı tamamlamış sayılırsız. Ancaq Broker şirkətin seçilməsi mərhələsində hesabların xüsusiyyətlərini dəqiq araşdırın. Açacağınız hesabın təklif etdiyi xidmətlərin fərqliliyi çox mühümdür. Eyni zamanda məsləhətçinizin olması da müsbət haldır. Qısaca hesabınız nə qədər adi standart hesabdan fərqlənsə sizə təqdim olunacaq xüsusi alternativlərdə bir o qədər fərqli olacaqdır.

Beləliklə hesab fəqliliklərinə nəzər salaq. Əksər brokerlərdə hesablarla ilk dəfə tanış olursunuzsa sizə demo hesab təqdim oluna bilər. Ola bilsin ki, demo sözü artıq sizə tanışdı, yenə də ən sadə yolla demo anlayışını izah edək. Demo qısa müddətli tanışlıq məqsədi ilə xüsusi limitlər müəyyənləşdirilərək müştəriyə təqim olunan xüsusi formadır. Demo hesabların əksəriyyətinin müddəti 30 gündür. Düzdür demo hesab real hesabdan əksər xüsusiyyətlərinə görə fərqlidir. Ancaq nəzərə alın ki, demo hesabla əməliyyatları reallaşdıra bilmək bacarıqlarınız real hesabda əməliyyat aparkən sizin köməyinə çatacaq. Demo hesabı adaptasiya müddəti olaraq da qəbul edə bilərsiniz.

Demo hesabın açılması üçün sizə ad, soyad, əlaqə nömrəsi, ölkə, şəhər, indeks və s. kimi əsas məlumatlarınız lazım olacaq. Qeyd edək ki, brokerdən asılı olaraq qeydiyyat formanız dəyişə bilər, ancaq burdaki əsas məqam sizə aid olan bütün informasiyaları konkret olaraq uyğun xanalar üzrə doldurmanızdır. Real hesabın qeydiyyatı isə demo hesabdan fərqlənir. Beləki, real hesab üçün online qeydiyyatdan keçdikdən sonra şirkətin əsas-baş ofisinə gələrək brokerlə müqavilə imzalamalıdır. Müqavilə imzalamaqla yanaşı hesab rekvizitlərini də təqdim etmək mütləqdir. Müqavilə imzalandıqdan sonra siz artıq real əməliyyatlara keçə bilər, qısaca istədiyiniz bankın səhmini ala bilərsiniz. Qeyd edək ki, broker təşkilatınızda real hesab ticarət hesabı da adlana bilər.

Hesabın açılma müddətində real-ticarət hesablarının müxtəlif növləri sizə təqdim olunacaqdır. Hesablar bir-birlərindən aşağıdakılara görə fərqlənirlər:

  • Mümkün əməliyyatlar arasındakı fərqlər (maliyyə alət növlərinin alqı-satqısını);
  • Hesabı açmaq üçün lazım olan məbləğin limitləri (500-3000 USD və s.);
  • Göstərilən xidmətlər arasındakı fərqlər;
  • Xüsusi üstün xidmət təklifləri (hesab üzrə fərdi menecer, fərdi xdimət və s.);
  • Komisyon, qiymətlər və s. kimi xərclərin fərqi.

Hesabınızı seçməklə siz həm sizə təklif olunacaq xidmətləri, həm də reallaşdıra biləcəyiniz əməliyyatların real çərçivəsini müəyyənləşmir olursunuz. Nəzərə alın ki, hesabınızdakı məbləğ nə qədər böyüyərsə, sizə göstərilən xüsusi xidmətlərin sayı bir o qədər artacaqdır. Ancaq təbii ki, əgər bu sahədə yenisinizsə yenə də məsləhətimiz standart hesabdan (ilk səviyyə) başlamağınız məsləhətdir. Beləliklə açdığınız hesabınıza dünyanın istənilən yerindən bağlantı və alqı-satqı imkanları, o cümlədən mobil telefon vasitəsilə çıxış imkanınız var. Qeyd edək ki, əgər başqasının adına hesab açmaq istəsəniz bu mümkün olmayacaqdır. Ancaq hesabınızın sahibi olaraq siz öz hesabınızın idarəsi hüquqlarını etibarnamə ilə başqa bir və ya bir neçə şəxsə ötürə bilərsiniz.

Boş hesab təbii ki heç bir işinizə yaramaz. Minimal məbləği hesabınıza köçürmək üçün müqavilinizə diqqət yetirməliniz. Vəsaitin hesaba köçürlməsi üçün əksər broker təşkilatlarında komisyon haqqı tutulur. Müqavilənizdə göstərilən hesaba pul köçürməklə siz hesabınızı tam hazır vəziyyətə gətirisiniz. Vəsaiti çıxartmaq istədikdə isə siz öz hesab məsləhətçinizə müraciət etməli və ona yazılı tapşırıq verməlisiniz. Ancaq elə bilməyin ki, sizdən heç bir xidmət haqqı tutulmayacaq. Təbii ki əgər belə olsaydı sizdən başqa heç bir tərəf üçün bu müsbət hall olmazdı. Komisyon haqqı aldığınız səhmlərin sayına görə dəyişəcəkdir. Yəni nə qədər çox səhm bir o qədər komisyon haqqı. Komisyon haqqıları broker şirkətdən asılı olaraq dəyişə bilər.

Hesablardan sonra sizin üçün platforma izah olanacaqdır ki, broker şirkətinizdən asılı olaraq platformanız dəyişə də bilər. Əksər hallarda isə platforma yükləndikdən sonra məsləhətçiniz tərəfindən sizə izah olunur. Siz prosesləri platformanızdan daimi izləyə bilər, məsləhətçinizlə və ya sizin adınıza alqı-satqı əməliyyatını həyata keçirən brokerinizdən məsləhət ala bilər, sizə qaranlıq görünən məqamları aydınlaşdıra bilərsiniz. Alqı-satqı platforması istənilən sayda kompüterdə quraşdırıla bilər. Lakin eyni zaman anında əməliyyatlar yalnız tək bir kompüterdən həyata keçirilə bilər. Həm də nəzərə alın ki, yüklədiyiniz kompyuter, notebook, netbook və s. sisteminizin optimal işləməsi üçün əsas minimal tələbləri ödəsin. Yəni əgər platformanızı yüklədiyiniz texnoloji vasitəniz ən azı minimal tələbləri ödəmirsə növbəti mərhələlərdə müxtəlif problemlərlə qarşılaşa bilərsiniz.

Beləliklə bank səhmini almaq üçün lazım olan hesabınız, platformanız varsa, brokerinizə istədiyiniz bankın səhmini almasını tapşıra bilərsiniz.

Ancaq səhmi almazdan əvvəl broker məsləhətçinizlə səhmin alışının sizin üçün nə qədər səmərəli olması məsələsini tam müzakirə etməyi unutmayın. Nəticədə bu sahədə əgər yenisinizsə broker məsləhətçinizin sizə təklif etdiyi idealar sizin xeyrinizə ola bilər.

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma