antifenu

Fərqli İntellektlərin Təbii Universallığı!

“Tək gəlirik, cüt gəzirik, tək Gedirik…” İyun 25, 2013

Filed under: İstedadların əl işləri — antifenu @ 4:47 axşam

Əslində uzun müddət yazmamamın səbəbi demotivasiya edəcək yazı yazmaq istəməm idi, amma əgər motivasiyanız yerlərdədisə bu yazını heç oxumuyun. Çünki olmayan motivasiyanızın tam düşməsinə səbəb ola bilərəm. Qayıdaq movzuya. Çox sevdiyim Dostlarımdan birini məhz bu ifadə ilə tanımışam. Həyatdakı ideaları ilə standart “mutantlardan fərqli olması” ilə yanaşı bu fikri demək olar ki, hər mövzuya uyğunlaşdırır. Hətta mövzudan asılı olaraq, expront alternativlər də təklif edir, cüt gəzirik əvəzinə məcbur, qrup, dağınıq, mənalı və s. Sonda isə yenə də orginal variantı deyir və məsələni bağlayır.

Hardasa haqq verirəm, ancaq bu qədər konkret kəsib atmaq, bu qədər qısaltmaq və dəyərini azaltmaq… Müdafiə edir: “Mənə 1 nəfər deki tanıdığından bu yana dəyişməyib və münasibətiniz ilk günki kimidi?!”🙂 Nə desəm də nəticə 0 qısası.

“Onsuzda öləcəyimizi bilə-bilə bütün həyatımızı “sərf edirik”, işlər, tanışlıqlar, yığıncaqlar və s. İndi Sən deyirsən ki, mənası var. Yaxşı görək hardadı o məna Mən görmürəm. Ok razıyam necəsi Bizdən asılıdı, amma bəs şərait?! Hər çalışdığımız sonda Bizim olur?! Böyük bir Yox…”

Əksini demək çətindi amma mümkündü. Səhf edəndə, işlər pis gətirəndə deyirik “Lənət Şeytana”, yox hər şey yaxşıdısa “Bacardımda”. Bunla belə nəticə Bizlikdi, bunu ki inkar edə bilmərik?! Düzdü kimnənsə Səni anlamağı gözləmək gülməlidi. Bəzən heç Özümüz etdiyimiz hərəkətə inana bilmirik, başqası necə anlasın. Yenə də, hər şeyi atmaq, qırağa çəkilib baxmaq nə dərəcədə doğrudu?!

İndi isə  qısaca Sizə 1 hekayə, nəticəsi nə olar bilmirəm amma, fikirləşməyə dəyər.

“1 gün əlimdə olan son 20 qəpiyi avtobusa verib düşdüm. Əslində heç kəsin  xəbəri yox idi ki, məhz həmin pul sonuncu pulum idi. Gülməlisi bu idi ki, mən özümdə bu hala baxıb gülürdüm. Əslində isə bu məni təşvişə salmalı idi, çünki sabaha pulum yox idi. Öz-özümə fikirləşdim: “Görən mənim ən böyük problemim nədi?” Sonra cavablamağa çalışdım. Nəticədə bütün cavablar içində qərarlaşdığım son cavab “Heç kəsin problemlərimdən xəbərinin olmaması” idi.  Məntiqli düşündüyümdə əslində bu mənim güclü tərəfim idi. Məni mən edən tərəfim. Sonra düşündüm ki, kimdən necə pul alım ki, heç kəsin xəbəri olmasın. Məhz bu an hiss etdim ki, mən təkəm. Çünki, bu sözü açıb diyə biləcək heç kəsim yox idi. Bir bahənə ilə məsələni həll etdim, söhbət nə pulda, nə də pulu tapmaqda idi. O qədər problemin içində pul ancaq xırda məsələ ola bilərdi. Söhbət məhz məndə idi, bəlkə də düşüncəmin səhfliyində… “

“Həyatda ən böyük dərt ağladığında gözlərinin ağrıması deyil, ağlarkən bu da keçər sözlərini təklikdə deməkdi”

J.F.

By Me

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma