antifenu

Fərqli İntellektlərin Təbii Universallığı!

Vaxtımız məhduddur, Qara Qəpiklər kimi… Noyabr 14, 2013

Filed under: İstedadların əl işləri — antifenu @ 6:00 axşam

PastNowFutureBəzən tarixi yada salırıq, hansı ki, həmin tarix kiminsə keçmişidi. Keçmiş keçmişdir, diyəsən tarixlə bağlı deyilən ən maraqlı sözdü. Vaxtımız qalmır bəzən hətta xatirələri yada salmaq üçün, bəzən isə sadecə yada salmağa çalışmırıq. Əslində keçmişimiz necə ki, bir hissəsimizdir eyniylə gələcəyimizində bir hissəsidir. Hardan gəldiyin, bəzən hara getdiyini dəyişə bilir. Nəysə fəlsəfi baxımdan məsələ yanaşmaq ancaq onu qəlizləşdirər. 4 il bundan əvvəl 1 ifadə eşitmişdim.

“Bəzən nə etsən də olmur, nə qədər istəsən, çabalasanda xeyri yoxdu sadecə, çünki hər nə olursan olsun hamısı Bizim əlimizdə deyil, bəzən sadecə vaxta buraxmaq lazım, silinməsini gözləmək lazım…” (c)

Əslində fikir olaraq kifayət qədər iddalı və konkret fikirdi. Məsələ burasıdır ki, bəzən nəticə olmadıqda səbəbkar axtarırıq. Bu səbəblər isə niyəsə çox zaman Bizdən asılı olmur, nədənsə “günahlandırılacaq tərəf” hər zaman alternativ plan olaraq saxlanılır.  Əgər bu fikrə həyatı misaldan yanaşsaq Qara qəpiklər mövzusunu xatirladır. Xalq olaraq SSRİ-dən qalma belə bir adətimiz var, mağazada 10 qəpikdən az verilən qəpikləri (1,3,5 və s.) sadecə götürmürük, hətta 9 qəpik belə olsa da.🙂 bir ehtimal gülüş yaradır bu nuans əksər hissəmizdə. Miqdar etibarı ilə 10 qəpik və 9 qəpik arasında cəmi 1 qəpik var ancaq Mənəvi dəyəri  fərqlidir. Bəli əksər hallarda belə düşünürük ki, o Qara qəpiklərdən onsuzda fayda yoxdur. Amma insan necə ki çox pul xərclədiyində əla xidmət görəcəyini gözləyirsə, bu hadisə də sadecə oxşarıdır. Burda günahkar tərəf məhz o 1,3,5 və s. qəpiklərdir. Axı onlar niyə Qara qəpik adlandırılırlar və niyə dəyərsizləşdirilirlər? Bu da keçmişdi ancaq gələcəyi yaradır.

Beləliklə, əslində hansı məqama baxmağınızdan asılı olmayaraq əgər detallarda, xırda hissələri tamamlamaq mümkün olmursa, bəli böyük parçalar onsuzda bir birini tamamlamayacaq. Bu isə nəticədi, Qara Qəpiyin günahı deyil…

By Ulviyya Agayeva

 

Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma