antifenu

Fərqli İntellektlərin Təbii Universallığı!

F&İ&T&U! Mart 28, 2012

Biz nə qədər bir-birimizə bənzəyirik, ya da nə qədər  bir-birimizdən fərqliyik?! Neçəmiz üçün bu sualı cavablamaq maraqlıdı?! Əslində qəribədi, Çin, Yapon və Koreya xalqları bir- birinə nə qədər bənzəyirsə də ayırmaq mümkündü. Həqiqət də məhz bundadır. Nə qədər oxşayırıqsa, bir o qədər fərqliyik. İstər xarakter, istər həyat tərzi, istərsə də adicə nəfəs almağımız belə fərqlidi.

Biz fərqliyik. Fərqlilik intellektlə cəmləşəndə işimizdə və ya ətrafımızda həmişə seçilən biri oluruq. İntellekt heç də hər sözə söz deyə bilmək deyil. Situasiyadan asılı olmayaraq özünü realizə edə bilmək bacarığıdı həm də.

İntellekti bəzən hətta genlərlə belə əlaqələndirirlər. Belə deyək “Ağıllının uşağı da özü kimi ağıllı olur”. Təbiidi, ola bilər,  amma düstur deyil, əgər riyaziyyatda belə istisna varsa, deməli həyatda da istisna ola bilər.

İstisnalar da təbiidi. Axı biz özümüz təbiiyik. Təbiilik isə universiallıqdı, çoxumuza bu dərslərdə belə öyrədilirdi. İnsan universaldı,  amma təbii olaraq. Nece yəni?! Təbiətdəki ahəngi insan həmişə özünə tətbiq etməyə çalışıb. Necə ki təbiət universaldı, fərd də eləcə, amma universallıq sosiallıqda və başqa səviyyələrdə də yaranacaq növbəti mərhələlərdə.

Deməli,  qısaca Biz –  Fərqli İntellektlərin Təbii Universallığıyıq!

 

One Response to “F&İ&T&U!”

  1. biazb Says:

    İnsanlar, intellektlər, xasiyyətlər fərqli olduqda daha maraqlı olur həyat. Məncə əsas məsələ fərqli insanların bir-biri ilə dil tapa bilməsidir. əgər bu alınarsa onda birlikdə görülən işin nəticəsi də fərqli, qeyri-adi, möhtəşəm,… ola bilər. Məncə əsas odur ki, bir-birinizi başa düşməyə çalışmaq istəyinz olsun. İstək olanda nə isə alınma ehtimalı artır. Bir-birinizə hər işdə yardımçı olun. əziyyətdən qorxmayın, hərənizin bir cür zəif cəhəti(biri bir az tənbəl, biri bir az ərköyün,…) ola bilər Əsas odur ki, “özünüzə kənardan, başqasının gözüylə baxa” bilin, İçinizdəki “II mən”i görün, hər biriniz hamınızın daha mükəmməl olmasına çalışın. İnsanın özünü, ətrafındakıları xoş niyyətlə təhlil edə bilməsi onun mövqeyinə ilıq bir aydınlıq, şərəfli bir dürüstlük gətirir və bu da Sizlərin birgə fəaliyyətinizin uğuruna çox kömək edə bilər.

    Ən xoş arzularla, müəllimləriniz!


Bir cavab yazın

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma