antifenu

Fərqli İntellektlərin Təbii Universallığı!

Premium kartların digər kartlardan üstünlükləri varmı? Dekabr 14, 2012

384238_428492690537091_907491033_nBanklarımızın kart çeşidləri içərisində özünə məxsus kart növləri mövcuddur ki, Gold və Platinium kartlar bu sıraya aid edilir. Məsələn Visa Classic və Visa Gold kartı müqayisə etdikdə, xidmət fərqini aydın şəkildə görmək mümkündür.

Bu növ kartın sahiblərini hər yerdə VİP müştəri kimi qarşılayırlar, onlara fərqli, daha yüksək xidmət göstərirlər. Bu kart da öz növbəsində sahiblərinə rahatlıq və geniş imkanlar təqdim edir. Bu sıradan olan kartlara misal olaraq, Visa Gold, Visa Platinum, MasterCard Gold, MC Platinum və s. xüsusi kartlar aid edilir.

Premium kartların əksər hallarda oxşar cəhətləri aşağıdakılardır:

  • Kartın dəyəri
  • Əlavə kartın dəyəri
  • Kart hesabına minimal yatırım məbləği
  • Kredit kartının maksimum limitləri
  • Sığorta depozitinin minimal məbləği və s.

Əksər hallarda bu növ kartlarla aparılan əlavə xidmətlər pulsuz həyata keçirilir.

  • Kartın dublikatı(kart zədələndiyi halda)
  • Kartın itirilməsinə görə tutulan cərimə
  • Kartın blokdan çıxarılması
  • SMS-Banking xidmətinə qoşulmağa
  • Sığortalama və s.

Siz bu növ kartdan istifadə edərkən daha yüksək xidmət görəcəksiniz. Kartının sahibləri istənilən bankomatdan nağd pul çıxara, mobil rabitə xidmətlərinin haqqını və kommunal xərcləri ödəyə, sərhədi keçərkən öz pul vəsaitlərini bəyannamədən keçirməyə,evdən çıxmadan İnternet vasitəsi ilə mehmanxanalarda otaq sifariş edə və ya avtomobil icarəyə götürə bilərlər.

Bundan əlavə xüsusi fərqləndirici imkanlar da tətbiq olunur ki, premium kartlar digər kartlardan fərqlənir. Məsələn, xüsusi endirimlər, otellərdə olan müxtəlif xidmət növlərinə olan endirimlər, sığorta polisi, restoranlarda, idman sağlamlıq mərkəzi, xüsusi şirkətlərinin məhsullarına, butiklər, musiqi alətləri mağazaları, idman və əyləncə mərkəzləri, qadın geyimi butikləri, məişət texnikası, parfüm mağazası, apteklər şəbəkələri və s. tipli mağazalarda hətta bəzən 30% çatan endirimlər tətbiq olunur. Təbii ki, şərtlər kartınızın Gold və ya Platinium olmasına, eləcə də hansı bankın kartını istifadə etməyinizə görə fərqlənir.

Ümümiyyətlə isə premium kredit kart əldə etmək istəyirsinizsə, ya depozitinizə uyğun olaraq kredit kartı əldə edə, ya da bank hesabına zamin və ya təminat göstərməklə bu kartları əldə edə bilərsiniz. İstədiyiniz məbləğdən eyni zamanda bankdan asılı olaraq sizdən 1 və ya 2 zamin, eyni zamanda digər təminat növləri də tələb oluna bilər.

Kartlar haqqında daha geniş məlumat və kartların üstünlüklərindən yararlana biləcəyiniz obyektlərin siyahısı üçün bankların adına klik edin:

 

Bankın adı

 

Illik istifadə haqqı

Visa Gold

Mastercard Gold

Visa Platinum

Mastercard Platinum

Access bank

50 AZN

x

80 AZN

x

AG bank

34 AZN

34 AZN

Paket halında – 160 AZN

Amrah bank

60 AZN

60 AZN

x

100 AZN

Ata bank

40 AZN

x

130 AZN

x

ASB Bank * 

20 AZN

20 AZN

25 AZN

25 AZN 
Azərbaycan Beynəlxalq Bankı

40 AZN

40 AZN

50 AZN

50 AZN

Bank of Baku

 35 AZN

35 AZN

x

x

Bank Standard

35 AZN

45 AZN

250 AZN

250 AZN

Dəmir bank

30 AZN

30 AZN

100 AZN

100 AZN

Express bank

150 AZN*

x

400 AZN*

x

Kapital Bank

40 AZN

40 AZN

50 AZN

50 AZN

Muğan bank

40 AZN

40 AZN

100 AZN

80 AZN

NBC bank

 50 AZN

 50 AZN

250 AZN

x

Nikoyl bank

35 AZN

35 AZN

x

x

Para bank

100 AZN*

200 AZN*

x

x

Rabitə bank

45 AZN

40 AZN

x

x

Turan bank

x

35 AZN

x

x

Unibank

70 AZN

70 AZN

100 AZN

100 AZN

* 31.12.2012-ci il tarixədək ASB Bankın təklif etdiyi bütün kartlar müştərilərə pulsuz verilir.

http://banker.az/aze/index.php/bank-isi/bunlar-bilmk-faydaldr/3104-premium-kartlar-n-dig-r-kartlardan-uestuenluekl-ri-varm