antifenu

Fərqli İntellektlərin Təbii Universallığı!

ANTİFENU Mart 25, 2012

Zaqatalada 7-8 fevral tarixlərində Yaddaş Maarifçi Gənclər İctimai Birliyinin dəstəyi ilə “Məsuliyyətli Vətandaş Jurnalisti ol”  layihəsinin davamı olaraq Zaqatala Tədris Mərkəzinin dəstəyi ilə Ülviyyə Ağayevanın rəhbərliyi altında Antifenu adlanan blog hazırlandı.

Blogun əsas məqsədi Zaqatala gəncliyinin müxtəlif səviyyələrdə inteqrasiyasını hədəfləyir. Burda həm regionda olan aktiv gənclərin əlaqələndirilməsi, həm də  onların prespektivdə daha yuxarı səviyyələrdə təmsil olunması nəzərdə tutulur.

Alt məqsədlərsə bunlardır:

Gəncliyin çox tərəfli maarifləndirilməsi və inkişafına təkan vermək;
regional şəbəkələşməyə dəstək olmaq;
mühüm hadisələrlə bağlı xəbərləri ışıqlandırmaq;
müxtəlif problemlər ətrafında interaktiv müzakirələr keçirmək;
Zaqatalada regional gəncliyi narahat edən məsələləri öyrənmək;
monitorinqlər, araşdırmalar aparmaq, analitik materiallar hazırlamaq;
beynəlxalq və yerli təşkilatların layihələrini işıqlandırmaqla reginal gəncliyin təşəbbüslərindən xəbərdar etmək;
Zaqatala gəncliyinin keyfiyyətcə inkşafına yardımçı olmaq.

Blogun adı Antifenu – təlim iştirakçılarının adlarının baş hərflərindən yaradılan, eyni zamanda anti fenu, yəni çəmənliyi qoruyaq, blogun logosundan göründüyü kimi təbiətə sevgini aşılamaq mənasında, təbiətin qorunması timsalında çəmənlikdən başlamaq,  başqa sözlə globallığa çatmaq üçün lokal düşünmək ideasını dəstəkləyir.

 

6 Responses to “ANTİFENU”

  1. biazb Says:

    Bu günümüz üçün vacib olduğu qədər də maraqlı, gözəl arzularla bir yola qədəm qoymusunuz!
    Yolunuz açıq olsun!
    Müəllimlərinz olaraq çox sevinir və Sizinlə qürur duyuruq! Zaqatala gəncliyini təmsil edən bu qrupun genişlənməsini arzulayırıq. Buna inanırıq, çünki Siz elə fəal, elə yaradıcı, işgüzar … gənclərsiniz ki, inşallah, qısa bir müddətə həm respublikamızda həm də xaricdə olan həmyaşıdlarınız da, müəllimləriniz də Sizlərin ətrafında birləşəcək, faydalı işlər görəcəksiniz! Uğurlar!

  2. biazb Says:

    Oxudum cox xoşuma gəldişBu layihə gənclərin bacarığını və istedadının inkişaf etdirməsi üçün gözəl bir yoldur.
    Natəvan Şirinova
    AMİ Zaqatala filialı Ədəbiyyat fakultəsi II kurs

  3. biazb Says:

    Əlaaaa!!!
    Növbəti layihələrinizdə həvəslə iştirak etmək istəyirəm
    AMİ Zaqatala filialının III kurs tələbəsi Əhmədova İlahə

  4. biazb Says:

    Bəyəndim, blogunuza qoşulmaq istərdim.

    Bağırova Aytən AMİ Zaqatala filialının III kurs tələbəsi

  5. biazb Says:

    Harika .Növbəti layihələrinizdə iştirak etmək istərdim. Sizə işlərinizdə uğurlar arzulayıram

    AMi Zaqatala filialı Balakişiyeva Arzu

  6. Diana Says:

    heqiqeten gözel addimdi. tebrikler.


Bir şərh yazın