antifenu

Fərqli İntellektlərin Təbii Universallığı!

Lombart kreditlərinin reytinqi (banklarda) Noyabr 19, 2012

Filed under: İqtisadiyyat — antifenu @ 2:51 axşam
Tags: , , , , , ,

kak_otkryt_lombardLombard krediti dedikdə, başqa adıyla Qızıl kredit qızıl əşyalarının bankda girov qoyulması ilə kreditlərinin verilməsi nəzərdə tutulur. Lombard krediti müxtəlif banklarda müxtəlif məbləğlərdə, faiz dərəcəsi, komisyon haqqı , ödəniş qaydası , valyuta və s. şərtlərlə verilir. Lombard krediti almaq istəsəniz sənəd etibarı ilə sizə ancaq şəxsiyyət vəsiqənizi təqdim etmək lazımdır.

Bəzən əlavə tələblər də qoyulur ki, məsələn, sizin kredit sənədləşdirilən gün minimum 20, maksimum 60 yaşınızın olması, yaşayış yerindən arayış təqdim etməniz və ehtiyac olduqda bəzi banklar hətta iş yerindən arayış tələb edir, bu isə kredit üçün müraciət etdiyiniz məbləğin miqdarından asılıdır. Hətta bəzi banklarda iş yerindən arayış təqdim olunduqda tələb olunan qızılın miqdarı aşağı düşür, məsələn Para bankda. Kreditin ala biləcəyiniz miqdarı təminat olaraq qoyduğunuz qızılın miqdarından asılıdır. Yəni nə qədər çox qızıl təminat olaraq gətirsəniz, o qədər böyük məbləğləri kredit ala bilərsiniz.

Belə ki, qızılın bütünlükdə dəyəri miqdarında kredit verilmir, müəyyən faizi məbləğində kredit ala bilirsiniz ki, adətən bu faiz 80%-dən çox olmur. Girovun yəni təminat olaraq bankda saxlanılacaq qızılın qiyməti bankın qiymətləndirici zərgər-ekspert tərəfindən qiymətləndirilir və bəzən qiymətləndirilmə üçün əlavə xidmət haqqı tutulur. Əgər Lombard krediti filialdan alırsınızsa bəzən, baş ofis tərəfindən təsdiq olunmuş, qiymətləndirici zərgər-ekspert tərəfindən hazırlanmış girovun qiymətləndirmə aktı tələb oluna bilir.

Beləliklə Lombard kreditinin hansı bankda daha uyğun şərtlərin olması barədə daha geniş məlumat almaq üçün aşağıdakı cədvələ nəzər yetirməyiniz kifayətdir.

 

 

N

Bankın adı

Məhsulun adı

 Məbləğ

Müddət

Illik faizi

Komisyon

Əlavələr

1

Turan Bank

Lombard krediti

10 000 AZN və ya ekvivalenti

24 ay

30%

2%

Müsbət kredit tarixçəsi olab təkrar borcalanlara yenidən kredit verilərkən mövcud faiz dərəcəsindən 1 vahid aşağı faiz dərəcələrinin tətbiqinə icazə verilir.

2

Express Bank

Qızıl təminatlı istehlak krediti

5000 AZN/USD

24 ay

30%

2%

 Şəxsiyyət vəsiqəsi; Yaşayış yerindən arayış (tələb edildikdə)

3

Rabitə Bank

Qızıl kreditləri

5000 AZN

18 ay

30%

2%

ödəniş qrafiki-annuitet

4

NBC Bank

Lombard krediti

10 000 AZN

24 ay

33%

3,50%

ərizəçinin şəxsiyyət vəsiqəsi; girovun qiymətləndirmə aktı

5

Dəmir Bank

Qızılla kredit

10 000 AZN

24 ay

34%

2%

20 yaşdan son ödəniş tarixinə pensiya yaş həddini keçməyən yaşadək

6

Para Bank

Lombard krediti

15000 AZN

24 ay

34%

1-2%

İş yerindən arayış təqdim olunduqda tələb olunan qızılın miqdarı aşağı düşür

7

NIKOIL Bank

Lombard krediti

5000 AZN

18 ay

38%

2,50%

 Şəxsiyyət vəsiqəsi; ödəniş qrafiki-annuitet

http://banker.az/aze/index.php/bank-isi/bunlar-bilmk-faydaldr/2798-lombart-kreditl-rinin-reytinqi-banklarda

 

Bir şərh yazın